Rusiya 3 Baltikyanı ölkənin və Slovakiyanın diplomatlarını qovur
Apr 28, 2021 12:04 Asia/Baku
Rusiya cavab tədbiri olaraq Estoniya, Latviya və Litvanın diplomatlarını ölkədən qovur.
SəhərAzəri: “Report” xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Bu ölkələrin səfirlərinə “rusiyalı diplomatlarının təxribatla qovulması ilə əlaqədar qəti etiraz” bildirilib.
Litva səfirliyinin 2 əməkdaşı, eləcə də Latviya və Estoniya səfirliklərinin hər birinin 1 əməkdaşı yeddi gün ərzində Rusiya Federasiyasını tərk etməlidir.
Bundan başqa, Rusiya cavab tədbiri olaraq Slovakiya səfirliyinin 3 əməkdaşını “persona non grata” elan edib və onlar mayın 5-dək ölkəni tərk etməlidirlər. Slovakiya səfirinə bildirilib ki, rusiyalı diplomatların qovulması ikitərəfli münasibətlərə zərər vurur.
Teqlər