May 02, 2021 13:41 Asia/Baku
  • İtaliyada səhiyyə mərkəzləri hazır vəziyyətə gətirilib

İtaliyada koronavirusun hind ştammının yayılması səhiyyə mərkəzlərini hazır vəziyyətə gətirib.

İtaliyanın şimalında koronavirusun hind ştammının bir neçə halının aşkar edilməsi, həmçinin Roma şəhərinin yaxınlığında yerləşən kiçik bir sahil şəhərində yaşayan 568 Hindistan vətəndaşından 84-də koronavirus testinin pozitiv çıxması, italyanları çox nigaran edibdir.

İtaliya səhiyyə nazirliyi sarı durumda olan bu şəhərin və onun ətrafının vəziyyətini qırmızıya dəyişib.

İtaliya ilə Hindistan arasında aviareyslərin qadağan olunması çox gec icraya qoyuldu.

İtaliya səhiyyə nazirinin göstərişinə əsasən, ötən iki həftə ərzində Hindistandan birbaşa və ya dolayısı ilə İtaliyaya daxil olmuş bütün italiyanlar və bu ölkədə yaşayan digər xarici vətəndaşlar korona testi üçün tez bir zamanda özlərini səhiyyə mərkəzlərinə təqdim etməlidirlər.

 

 

Teqlər