May 08, 2021 17:58 Asia/Baku
  • ÜST Çinin

Ümumdünya Səhiyyə Təşkilatı Çinin “Sinofarm” əczaçılıq şirkətlərinin koronavirusa qarşı peyvəndinin təcili istifadəsinə lisenziya verib.

SəhərAzəri xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi saytında yer alıb. 

Məlumata əsasən cümə günü verilən bu lisenziya Çin istehsalı olan vaksinin istifadəsi üçün yaşıl işıqdır.  

Sinofarm, Çində istehsal olunan iki əsas peyvənddən biridir ki, bu ölkədə və xaricdə yüz milyonlarla insana tətbiq olunub. 

Bu ilk dəfədir ki, ÜST infeksion xəstəlik üçün Çin peyvəndinin təcili istifadəsinə icazə verir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Çinin dərman tənzimləyicilərinə təcili lisenziyanın verilməsi bu dərmanın təhlükəsiz və effektiv olduğunu göstərir. Çin peyvəndinin ÜST-nin təcili istifadə siyahısında yer alması onun COVAX layihəsi çərçivəsində yoxsul ölkələrə göndərilməsinə imkan verir.

Sinofarm şirkəti Çində koronavirusa qarşı təsdiqlənmiş iki vaksin istehsal edib və ölkə daxilində, eləcə də xaricdə 200 milyon dozadan çox inyeksiya edib. "Sinovac" şirkəti də 300 milyon dozadan çox vaksin istehsal edib və sifarişçilərə çatdırıb. Çinin bu iki şirkəti tərəfindən hazırlanan vaksinlər bir çox ölkələrə, o cümlədən Latın Amerikası, Asiya və  Afrikaya ixrac edilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vaksinlərin əldə edilməsi baxımından zəngin ölkələrlə yoxsul ölkələr arasında yarana biləcək uçurum barədə xəbərdarlıq edib.

Teqlər