May 09, 2021 21:45 Asia/Baku
  • Çinin raket daşıyıcısının qalıqlları Hind okeanına düşüb

Çinin CZ-5B raket daşıyıcısının ikinci qolunun dağıntıları Yerin atmosmerinə daxil olaraq Hind okeanına düşüb.

Raket daşıyıcısının hissəsi bu gün səhər saatlarında orbitdən endirilib.

Qeyd edək ki, CZ-5B raket daşıyıcısı Çinin “Tianhe” baza modulunu orbital stansiyaya çatdırmışdı.

Xatırladaq ki, ABŞ-ın Massaçusets ştatının Kembric Astrofizika Mərkəzinin əməkdaşı Conatan McDouell ötən gün tvitter səhifəsində sözügedən raket daşıyıcının bir sıra ölkələrin adlarını çəkərək, onlardan birinin ərazisinə düşə biləcəyi ilə bağlı iddia səsləndirmişdi.

Teqlər