İsrailin cinayətləri ABŞ-da da gündəmdədir
Sanders Təl-Əvivə silah satışını dayandırmaq üçün hərəkətə keçdi
Amerikada Konqres üzvləri işğalçı İsrailə silah satışının qarşısını almaq üçün hərəkətə keçib.
SəhərAzəri-nin məlumatına əsasən, Vermont Ştatını təmsil edən, həmçinin 2020-ci il ABŞ prezident seçkilərindəki namizədlərdən olan demokrat Senator Berni Sanders ABŞ-dakı bir çox demokrat nümayəndələr kimi Sionist rejimə 735 milyon dollar dəyərində silah satılmasına qarşı bir qətnamə hazırlamaq niyyətində olduğunu bildirib.
Axios veb saytının bu haqda yazır ki, ABŞ prezidenti Co Bayden administrasiyası Tel-Əvivə elə bir şəraitdə yer-hava tipli raketlər satmağa çalışır ki, son həftələrdə Sionist rejimin fələstinlilərlə qarşı cinayəti ən zirvə həddə çatıb.
Konqresdəki demokrat nümayəndələr son günlərdə Bayden rəhbərliyinə təzyiqləri artıraraq, ondan Tel-Əvivə müasir silahlar satmamağı tələb edirlər. Onlar sionist rejimə silah satışının dayandırılmasının İsrailin Qüdsdəki fələstinlilərə artan təcavüzünə qarşı bir addım olduğunu bildiriblər.