Rusiya və ABŞ-dakı strateji hücum silahlarının ümumi sayı elan olunub
May 25, 2021 18:13 Asia/Baku
Rusiya xarici işlər nazirliyi Start-3 müqaviləsinə əsasən, bu ölkədə və Birləşmş Ştatlarda mövcud olan strateji hücum silahlarının ümumi sayını yayıb.
SəhərAzəri-nin məlumatına əsasən,bu sənədə əsasən, Rusiya, yerləşdirilmiş 517 ədəd qitələrarası ballistik raketə, Amerika isə öz sualtı qayıqları və ağır qırıcı-bombardmançı təyyarələrində yerləşdirilmiş 651 ballistik raketə malikdirlər.
Bundan əlavə, Rusiyanın qitələrarası ballistik raketləri, sualtı qayıqları və qırıcı-bombardmançı təyyarələrində yerləşdirilmiş zirehli başlıqların sayı, min 456 ədəddir.
Birləşmş Ştatların yerləşdirilmiş başlıqlarının sayı isə min 357 ədəddir.
Teqlər