«S-500» raket müdafiə sistemi uğurla sınaqdan keçirildi
https://azeri.sahartv.ir/news/dünya-i377405-s_500_raket_müdafiə_sistemi_uğurla_sınaqdan_keçirildi
Rusiya prezidenti Rusiya ordusunun modernləşdirilməsindəki irəliləyişdən və supermodern «S-500» raket-müdafiə sisteminin uğurlu sınağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2021 10:29 Asia/Baku
  • «S-500» raket müdafiə sistemi uğurla sınaqdan keçirildi

Rusiya prezidenti Rusiya ordusunun modernləşdirilməsindəki irəliləyişdən və supermodern «S-500» raket-müdafiə sisteminin uğurlu sınağından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən,Vladimir Putin S-500-ün hazır olması ilə bağlı bildirib ki, hava-kosmos qüvvələrində, bölmələrin təqribən yetmiş faizi S-400 sistemi ilə təchiz olunub; sonrakı addım da S-500 sisteminin yerləşdirilməsidir. Bu sistemin sınağı uğurla başa çatıbdır.

Putin həmçinin «Kalibr» tipli kruz raketləri ilə təchiz olunmuş gəmilərin və supersəs «Sirkon» raket sisteminin düzəldilməsindən xəbər verib.

Bu məlumata görə, S-500 sisteminin mənzili 600 kilometr elan olunub. Bu da sionist rejim istehsalı olan bir sistem və Amerika istehsalı olan «THAAD» kimi Qərb hava-müdafiə sistemlərinin maksimum mənzilindən təqribən üç dəfə çoxdur.

Proqnozlara əsasən, bu hava hücumundan müdafiə sistemi 2022-ci ilin ikinci yarısından öncə xidmətə götürüləcək.

S-500 raketləri Kruz və qitələrarası raketləri izləməyə qadirdirlər.