May 31, 2021 20:05 Asia/Baku
  • Rusiya 20 yeni hərbi bölmə ilə NATO İlə mübarizəni gücləndirəcək

Rusiyanın müdafiə naziri deyib ki, NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığındakı hücum hərəkətlərinə cavabda Moskva 20 yeni hərbi bölmə ilə NATO İlə mübarizəni gücləndirəcək.

Sergey Şoyqu bildirib ki, bu ölkənin müdafiə nazirliyi ABŞ-ın başçılıq etdiyi NATO ölkələrinin hərəkətlərinə cavab olaraq, 2021-ci ilin sonunadək Rusiyanın qərb hərbi bölgəsində 20 yeni hərbi bölmə və təşkilat yaradacaq.

Şoyqu qeyd edib ki, Rusiyanın qərb hərbi bölgəsindəki rus hərbçilər təqribən iki min hərbi texnika bölməsi alacaqlar və Rusiyanın hərbi qüvvələri nəzarət orqanlarının fəaliyyəti və personalın təlimini yüksəltməyi davam etdirəcəklər.

Rusiyanın müdafiə naziri NATO-nun strateji uçuşları və hərbi məşqlərinin sayının artmasına və hərbi gəmilərinin iştirakına işarə edərək, deyib ki, NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərbi təhdidi artmaqdadır.

NATO-nun baş katibi Yens Stoltenberq son zamanlar təhdid edibdir ki, müttəfiqlərini himayə və önləyicilik siyasətini gücləndirməklə «Rusiyanın nigaranedici hərəkətləri» adlandırdığı məsələ ilə mübarizəni davam etdirəcək.

Qərb-Moskva əlaqələri Suriyanın durumu, Baltik dənizi, Ukrayna böhranı və Rusiyaya yaxın və hətta bu ölkə ilə həmsərhəd olan Şərqi Avropada Amerika xüsusiyyət təşkil etməklə NATO-nun hərbi nüfuzunun genişlənməsi kimi dörd istiqamətdə 2014-cü ildən kəskinləşibdir.

ABŞ və Avropa Birliyi 2014-cü ildən bəri anti-rus maliyyə və iqtisadi sanksiyalar tətbiq ediblər ki, bu da Moskvanın qarşılıqlı reaksiyası ilə üzləşibdir.

RUSİYA İLƏ NATO İLƏ MÜBARİZƏNİ GÜCLƏNDİRƏCƏK

Teqlər