Ulyanov nüvə anlaşmasının həlli üçün çox yaradıcı rəftara təkid edib
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi vurğualyıb ki, nüvə anlaşması barədə yerdə qalan məsələlərin həlli üçün çox yaradıcı və məsuliyyətli rəftara ehtiyac var.
SəhərAzəri-nin məlumatına əsasən, Mixail Ulyanov bir tvitt-də yazıb ki; Vyanada nüvə anlaşması barədə gedən danışıqlardakı ixtilaf zəminləri nəzərəçarpacaq dərəcədə azalıb. Amma həll yolları tapmaq üçün çox yaradıcı və məsuliyyətli rəftara ehtiyac var.
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini və Vyana müzakirələrində iştirak edən iranlı heyətin sədri Seyyed Əbbas Əraqçi nüvə anlaşmasının bərpası üzrə cari müzakirələr prosesi barədə deyibdir ki, bir həftəyə yaxındır ki, Vyanada müzakirələri izləyirik. Müzakirələrin bir çox mürəkkəblikləri var və ixtilafı olan əsas mövzulara çatmışıq.
Co Baydenin başçılıq etdiyi Amerikanın yeni hökuməti maksimum təzyiq siyasətinin uğursuz qaldığını etiraf edərək, bildiribdir ki, Birləşmiş Ştatları nüvə anlaşmasına qaytarmaq niyyətindədir.
Tehran dəfələrlə Amerikanın nüvə anlaşmasına qayıtmasının şərtini bütün tətbiq olunmuş, yenidən tətbiq edilmiş və ya bir daha etiket vurulmuş sanksiyalrın qeyd-şərtsiz olaraq aradan qaldırılması adlandırıbdır.