Putin peyvəndin bərabər paylanmasına çağırıb
Rusiya prezidenti Vladimir Putin koronavirus peyvəndinin paylanmasında ABŞ və müttəfiqlərinin ayrı-seçkiliklərini tənqid edərək, peyvəndin bütün dünya ölkələri arasında bərabər şəkildə paylanmasına çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Putin Sankt-Peterburg Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı, Beynəlxalq Valyuta Fondunun məlumatına istinad edərək, qeyd edib ki, yüksək gəlirli ölkələr, hansı ki, onlarda dünya əhalisinin yalnız 16 faizi yaşayır ümumi vaksinlərin təxminən yarısını istehsal edirlər.
Rusiya prezidenti siyasi mülahizələr səbəbindən bəzi ölkələrdə istehsal edilən vaksinlərin istifadəsinə qoyulan qadağaları düzgün hesab etməyib.
Putin, həmçinin ABŞ-ın dollardan siyasi və iqtisadi müharibədə bir vasitə kimi istifadə etməsinin, onun beynəlxalq valyuta ehtiyatı olaraq, mövqeyinə zərbə vurduğunu deyib.