İyun 15, 2021 23:07 Asia/Baku
  • Nüvə anlaşması da müzakirə olunacaq

Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi deyib ki, nüvə anlaşması Rusiya və ABŞ prezidentlərinin qarşıdakı görüşündə nəzərdən keçiriləcək beynəlxalq mövzulardandır.

SəhərAzəri-nin məlumatına əsasən, Yuri Uşakov bu gün bildirib ki, nüvə anlaşması, Qərbi Asiya, Suriya, Liviya, Əfqanıstan problemləri, Koreya yarımadasının nüvə məsələsi və Qarabağ bölgəsinin vəziyyəti Rusiya və Amerika prezidentləri Vladimir Putin və Co Baydenin qarşıdakı görüşündə nəzərdən keçiriləcək beynəlxalq mövzulardan olacaq.

Teqlər