Yüzlərlə uşağın cəsədi aşkar edilib; yenə də Kanadada
Kanada əyalətlərindən birinin yerli rəsmiləri yenidən, ehtimal üzrə əksər hissəsi uşaq olan yüzlərlə cəsədin aşkar edilməsindən xəbər veriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Kanada əyalətlərindən birində yerli uşaqların kütləvi qəbirinin aşkar edilməsindən bir ay keçməmiş bir daha bu ölkədən oxşar hövlnak xəbər gəlir.
Kanadada çıxan «National Post» qəzetinin vebsaytı bu gün səhər tezdən «Saskaçevan» əyalətində qeydə alınmamış yüzlər qəbirin üzə çıxarılmasından xəbər veribdir ki, ehtimal üzrə uşaqların cəsədlərindən ibarətdir.
Bu məlumata görə, əyalətin yerli sakinlərindən biri deyibdir ki, onun qənaətinə görə, bir çoxu uşaqların cəsədlərindən ibarət olan yüzlərlə naməlum qəbir Kuveses rayonundakı bir internat məktəbin yerləşdiyi sabiq məkanın yaxınlığında aşkar edilibdir.
Belə bir halda, mayın 29-da «British Kolumbiya» əyalətində yerləşən bir katolik internat məktəbinin ərazisində, bəzilərinin üç yaşlı olduqları azı 215 yerli uşağın cəsədi tapıldı.
BMT-nin insan haqları üzrə ekspertləri bu xəbərin yayılmasının ardınca Kanada hökumətindən və Vatikandan istədilər ki, bu barədə tez bir zamanda tam təhqiqat aparsınlar.
1883-1996-cı illər arasında təqribən 150 min yerli uşaq öz ailəsindən zorla ayrılaraq, katolik kilsəsinin təsis etdiyi internat məktəblərə göndərilib. Bu hərəkətdə əsas məqsəd, bu uşaqları Kanadanın yerli icmalarından uzaqlaşdırmaq və onların ana dilləri və adət-ənənələrinin qarşısını almaq və onları icbari üsulda tərbiyəlndirmək olubdur.