Quterreş insan böhranının ağırlığından narahatdır
Baş katib ölkələri BMT layihəsinə dəstək verməyə çağırıb
İyun 27, 2021 22:58 Asia/Baku
BMT baş katibi Liviyadakı insan böhranının ağırlığından nigarançılıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Əlcəzirə telekanalı təcili bir xəbərdə bildirib ki, Antonio Quterreş Liviyadakı insan böhranının ağırlığından nigarandır. Vurğulayıb ki, dünya ölkələri BMT-nin Liviyaya humanitar yardım üzrə layihəsini himayə etməlidirlər.
Bu məlumata görə, liviyalı təhlükəsizlik mənbələri bildiriblər ki, Liviya kəşfiyyat orqanının rəisi Hüseyn Əlaib bu ölkənin baş naziri Əbdulhəmid Əldəbibəyə məlumatda Əlqaidə terror qrupunun Tripoli, Əlzaviyyə və Sərman şəhərləri xüsusiyyət təşkil etməklə Liviyanın qərbi və cənubunda terror əməliyyatları keçirmək üzrə fəaliyyətləri barədə xəbərdarlıq edib.