İyun 30, 2021 14:08 Asia/Baku
  • Peskov
    Peskov

Kreml sözçüsü, Britaniyanın hərbi gəmisinin Krım sahillərinə gəlişindən sonra Rusiya prezidentinin ölkənin ərazi bütövlüyünü qorumaq üçün göstərdiyi səyləri vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın "Gənc Reportyorlar Klubu"nun məlumatına görə, Dmitri Peskov "Rusiya 24" telekanalı ilə müsahibədə deyib: "Rusiya prezidenti Vladimir Putin ölkənin qorunması üçün hər şeyi etməyə hazırdır".

Kremlin mətbuat katibi Rusiya hökumətinin, Britaniyanın bu addımının arxasındakı planlarından xəbərdar olduğunu bildirərək, Deyib: "Bu hərəkət əvvəlcədən planlaşdırılıb və qəsdən törədilib".

Keçən həftənin Çərşənbə günü, Britaniyaya məxsus bir hərbi gəmi Rusiyanın Qara dənizdə sərhdlərini pozandan sonra bu ölkənin hərbi gəmisi və qırıcı təyyarəsinin xəbərdarlıq atəşi ilə üzləşib.

Rusiyanın Müdafiə Nazirliyinin bəyanatında deyilir: "Qara dənizin şimal-şərqində əməliyyat aparan Britaniyanın "Defender" gəmisi Rusiya sərhədini pozub və Fiolent burnu rayonunda Rusyianın nəzarətində olan suların üç kilometr dərinliyinə daxil olub".

Rusiya Müdafiə Nazirliyi keçən cümə axşamı ABŞ-a və NATO-ya xəbərdarlıq edib ki, təhrikedici hərəkətləri ilə Qara dənizdə genişmiqyaslı müharibəyə yol açmasınlar.

Bununla belə Britaniyanın baş naziri Boris Consun bu təcavüzkar hərəkəti müdafiə edərkən, deyib: "Britaniya Krımın Rusiyaya ilhaq edilməsini rəsmən tanımadığı üçün bu ölkə gəmisinin Rusiya sularına daxil olmadığı qənaətindədir".

Krım yarımadası 2014-cü ildə referendum yolu ilə Rusiyaya ilhaq edilib, lakin ABŞ və müttəfiqləri onu tanımaqdan imtina ediblər.

Teqlər