İyun 30, 2021 15:54 Asia/Baku
  • anormal isti
    anormal isti

Kanadanın Vankuver və ABŞ-ın Sakit Okeanın şimal-qərbindəki bölgələrində anomal istidən ən azı 69 nəfər həyatını itirib.

SəhərAzəri-nin məlumatına əsasən,  Kanada və ABŞ-ın polis rəsmiləri bu barədə məlumat veriblər. 

Kanada polisi bildirib ki, araşdırmaların hələ də davam etməsinə baxmayaraq, görünür ölümlərin çoxuna misli görünməmiş istilər səbəb olub.

ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, Portland, Oreqon və Seattl kimi şəhərlərdə havanın temperaturu 1940-cı illərdən bəri misli görünməmiş  115 farenheitə çatıb.

Kanadanın Vankuver şəhəri ardıcıl neçə gün olaraq 86 farenheitdən yuxarı temperatoru təcrübə edib.

Məlumata görə, isti dalğası məktəbləri və peyvənd mərkəzlərini bağlayıb və rəsmilər küçənin ətrafında müvəqqəti su fəvvarələri və soyuq duman stendləri quraşdırıblar.

Bəzi sakinlər "Frans Press"ə bildiriblər ki, hədsiz istiyə görə, evdə, avtomobildə və ya parkınglərdə qalıblar.

ABŞ-ın qərbində və Kanadada bəzi şəhərlərdə sərinləşdirmə mərkəzləri də yaradılıb və bələdiyyə işçiləri insanlara su butulkaları və papaq verirlər.

Teqlər