İyul 02, 2021 20:17 Asia/Baku
  • Kanada
    Kanada

Kanadada bir neçə iri şəhər yerli uşaqların çox sayda kütləvi qəbirlərinin aşkar edilməsi səbəbindən bu ölkənin milli günü mərasimini ləğv edib.

SəhərAzəri-nin məlumatına əsasən, Kanadalı yerli uşaqların cəsədlərinin çıxdığı qədim internat məktəblərin ərazilərində yüzlərlə kütləvi qəbirin aşkar edilməsi kimi hövlnak macəra Kanada milli gününə ağır kölgə salıbdır.

Kanadanın münasibətlər təqvimində iyulun biri, bu ölkənin milli günü kimi qeydə alınıb. Ötən illər ərzində həmin gündə Kanadanın müxtəlif şəhərlərində şənlik və atəşfəşanlıqla yanaşı, müxtəlif mərasimlər keçirilərdi.

Bu il isə Kanadada müxtəlif şəhərlər yerli uşaqların çox sayda kütləvi qəbirlərinin aşkar edilməsi səbəbindən bu ölkənin milli günü mərasimini ləğv ediblər və Kanadanın baş naziri Castin Trüdo də deyibdir ki, builki milli gün bu hadisələrdə «anlaşma üzrə gün»dür.

 

Teqlər