İyul 07, 2021 17:52 Asia/Baku
  • Haiti prezidenti və həyat yoldaşı sui-qəsd nəticəsində öldürülüb

Haiti prezidenti Jovenel Moiz və həyat yoldaşına iqamətgahında sui-qəsd olub. Naməlum şəxslər iqamətgaha daxil olaraq, onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə xəstəxanada dünyasını dəyişib.

SəhərAzəri-nin məlumatına əsasən, Haitinin baş naziri Klaud Cozef bu hərəkəti qınayaraq, ölkənin təhlükəsizlik vəziyyətinin polis və ordunun nəzarətində olduğunu bildirib.

Haitinin 48 yaşlı prezidenti, iş adamı və varlı sinifdən idi. Haiti əhalisinin 60 faizdən çoxu gündə 2 dollardan az qazancla dolanırlar.

Haiti, Latın Amerikasında dünyanın ən kasıb ölkələrindən biridir və iqtisadi böhran və fırtınalardan əlavə bir ildən çoxdur ki, siyasi çəkişmələrlə əlbəyaxadır.

Teqlər