Almaniya və Belçikada daşqın qurbanlarının artması; Brüssel milli matəm günü elan etdi
Avropada dağıdıcı daşqınların qurbanlarının sayı 120-yə yüksəlib. Almaniyanın qərbində və Belçikada xilasedicilər, risk altında olan yüzlərlə insanın köməyinə gediblər. Almaniya rəsmiləri bu daşqınların bu günə qədər 1300 nəfərin itkin düşməsinə səbəb olduğunu bildiriblər və Belçikada bir günlük milli matəm elan edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Almaniya mediaları dəyən ziyanları nəzərə alaraq, bu ekoloji fəlakəti "ölüm seli" adlandırıblar. Almaniyanın Meteorologiya Təşkilatının sözçüsü Andreas Fredrik "CNN" telekanalına deyib ki, bəzi bölgələrdə son 100 ildə belə yağıntıların şahidi olmamışdıq.
Məlumata əsasən, itkinlərin çoxu Reynland-Pfalts və Şimali Reyn-Vestfaliya federal torpaqlarında qeydə alınıb. Reynland-Pfalts əyalətinin zərər çəkmiş Ahrveyler bölgəsində min 300 nəfərin taleyindən heç bir məlumat yoxdur, baxmayaraq ki, yerli rəsmilər Almaniyanın "Bild" nəşrinə bu sayda itkinin telefon xətləri şəbəkəsinə dəyən ziyanla əlaqədar olduğunu söyləyiblər.
Reynland-Pfalts əyalətinin daxili işlər naziri Roger Leventz bir müsahibədə bildirib ki, növbəti günlərdə qurbanların sayının artacağı gözlənilir.
O, deyib: "İnsanlardan uzun müddət xəbər tutmadığınız müddətcə ... ən pis vəziyyətdən qorxmalısınız".