İyul 19, 2021 19:15 Asia/Baku
  • Dünyanın ən böyük idman hadisəsinin başlanmasına 5 gündən az vaxt qalır

Dünyanın ən böyük idman hadisəsi yəni 2020 Yay Olimpiya oyunlarının başlanmasına 5 gündən az vaxt qalır.

SəhərAzəri-nin məlumatına əsasən, Tokio zahirən bütün dünya idmançılarını və olimpiya karvanlarını qəbul etməyə hazır görünür, amma bu şəhərdə koronavirusa gündəlik yoluxma sayı başqa bir reallığı göstərir. Ötən gün Tokioda min 410 koronavirusa yoluxma faktı qeydə alınıb. Bu rəqəm olimpiya oyunlarının keçirilməsinə qarşı olan Yaponiya vətəndaşlarının etirazlarının kəskinləşməsinə bir bəhanə olub. Fövqəladə vəziyyət səbəbindən tətbiq olunan məhdudiyyətlərə riayət edilməməsi bu şəhərdə koronavirusa yoluxanların sayının artmasında təsirsiz olmayıb.

Ötən gün Tokio Olimpiya kəndində ilk koronavirusa yoluxma faktının qeydə alınmasına və bəzi idmançıların koronavirus testinin müsbət çıxmasına baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi prezidenti olimpiya oyunları başlamazdan əvvəlki son günlərdə rəsmi şəxslərlə görüşlərində, vurğulayıb ki, bu yarışların keçirilməsinin təhlükəsi Olimpiya kəndinin sakinləri və Yaponiya xalqı üçün sıfırdır, çünki bu günlərdə koronavirus xəstəliyinə qarşı mübarizədə sərt qanunlar tətbiq olunur.

Digər tərəfdən bir uqandalı idmançının yoxa çıxması Yaponiya hökuməti və Olimpiya Komitəsi üçün başağrısına çevrilib.

O, PCR testi verməli olduğu zaman yoxa çıxıb və bu günə qədər olimpiadadan imtina edib özünü təmin etmək üçün Yaponiyada işə başlamağa qərar verdiyini yazdığı bir qeyddən başqa heç bir izi yoxdur.

Cari həftənin cümə günü 32-ci Olimpiya oyunlarının açılışının şahidi olacağıq. Olimpiya karvanları, o cümlədən idmançılar və idman rəsmiləri bir-birinin ardınca Tokio şəhərinə daxil olurlar və özlərini bu rəqabətlərin başlanmasına hazırlayırlar. İndi səbr edib,  yaranan qalmaqalları nəzərə alaraq, bu turnirin vəziyyətini və necə keçiriləcəyini görmək lazımdır.

Teqlər