İyul 24, 2021 11:44 Asia/Baku
  • Bayden ilə Əşrəf Qəni Əfqanıstanda sülhü müzakirə ediblər

Bayden əfqan həmkarı ilə baş tutuan telefon danışığı zamanı, diplomatik və iqtisadi yardımların davam etməsinə təkid edərək, ABŞ-ın Əfqanıstan qüvvələrinə dəstək verəcəyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstanın Prezident Sarayından verilən məlumata görə, Əfqanıstan prezidenti Əşrəf Qəni və ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub. 

Telefon danışığı zamanı, tərəflər iki ölkə arasındakı əlaqələrin davam etdirilməsini müzakirə ediblər.

Bayden, bir daha ölkəsinin Əfqanıstanın təhlükəsizlik və müdafiə qüvvələrinə dəstəyinin davam edəcəyini vurğulayıb. Telefon danışığında, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin Əfqanıstanı qoruyacağı və müdafiə edəcəyi qeyd olunub.

Liderlər, əfqanların sülh və təhlükəsizlik üçün birlikdə çalışmasının, davamlı əməkdaşlığın, Əfqanıstan hökumətinə, təhlükəsizlik və müdafiə qüvvələrinə diplomatik və iqtisadi dəstəyin davam etməsi və son iyirmi ildə əldə edilən uğurların qorunub-saxlanılmasının vacibliyini də müzakirə ediblər.

Bu elə bir haldadır ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden Əfqanıstandakı bütün hərbçilərini sentyabrın 11-dən əvvəl bu ölkədən çıxaracağını bəyan etmişdi.

Bu telefon danışığı elə bir halda baş tutub ki, ABŞ dövlət katibi Entoni Blinken də cümə günü deyib: "Taliban Əfqanıstanda hakimiyyəti zorla ələ keçirəcəyi təqdirdə, Əfqanıstan təcrid edilmiş bir ölkəyə çevriləcək".

"Əgər Taliban Əfqanıstanda nəzarəti ələ keçirsə, bu ölkə beynəlxalq dəstək almayacaq", deyə o, əlavə edib.

Yüksək vəzifəli ABŞ rəsmisi deyib: "Vaşinqton Əfqanıstanda hərbi həll yolunun olduğuna inanmır və bu ölkədə 40 illik münaqişəyə son qoymağın yollarını nəzərdən keçirir".

Teqlər