Avq 03, 2021 14:17 Asia/Baku
  • Amerika 24 Rusiya diplomatını çıxarır

Rusiyanın Vaşinqtondakı səfiri bildirib ki, Amerika bu ölkənin 24 diplomatından sentyabrın üçünədək bu ölkəni tərk etməsini istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, «bütün bu diplomatlar yeni şəxslərlə əvəz olunmadan öz vəzifələrini tərk edəcəklər, zira Vaşinqton qəflətən vizanın verilməsi prosesini sərtləşdiribdir.»-deyə Anatoli Antonov bildirib.

Bu xəbərə reaksiya verən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiya səfirinin vizanın verilməsi məhdudiyyəti barədəki sözlərini rədd edib. İddia edib ki, Vaşinqton diplomatlra vizanın verilməsindən qarşılıqlı cavab üçün bir vasitə kimi istifadə etmir.

Prays eyni zamanda iddia edib ki, bu, yeni bir məsələ deyil və ruslar hər üç ildən bir vizanın uzadılması barədə ərizə verməlidirlər və onların ərizələri birbəbir araşdırılacaq.

Moskva ilə Vaşinqton arasındakı diplomatik gərginliyin fonunda qeyd etmək lazımdır ki, Co Bayden ilə Vladimir Putinin Cenevrədəki razılaşmasından sonra iki ölkənin səfirləri öz iş yerlərinə geri döndülər. Elə bu fonda onu da qeyd etməliyik ki, Amerika Rusiyanın 2020-ci il ABŞ prezident seçkilərinə müdaxiləyə səy etdiyini iddia edərək, bu ölkəyə qarşı sanksiyalar tətbiq etdi və bu addım, sonda səfirlərin qarşılıqlı surətdə çıxarılmasına gətirib çıxardı.

Teqlər