İtaliyanın cənubunda baş verən yanğınlarda 5 nəfər həyatını itirib; YUNESKO-nun irsi təhlükədədir
Avq 12, 2021 19:55 Asia/Baku
İtaliyada dəhşətli yanğınlar elə bir halda sürətlə genişlənir ki, indiyə qədər yanğında ən azı 5 nəfər həyatını itirib və UNESCO-nun Dünya İrsi olan qədim fıstıq meşələri təhlükə altındadır.
SəhərAzəri-nin məlumatına əsasən, yanğınlardan ən çox ziyan çəkmiş Kalabriyanın cənub-qərb bölgəsinin icra orqanı Romadan bu bölgədə fövqəladə vəziyyət elan etməsini istəyib.
Məlumata əsasən, yerli rəsmilər xüsusi olaraq, Kalabriyada "Aspromonte" dağlıq əraziləri yandıran və hektarlarla meşə və otlağı məhv edən yanğınları söndürməklə məşğuldurlar.
Aspromonte Milli Parkın Baş İdarəsindən Sputnik -ə verilən məlumata görə, alovlar UNESCO -nun Dünya İrsi siyahısında qeydə alınan qədim fıstıq meşələrini təhdid edir.