Avq 13, 2021 15:21 Asia/Baku
  • BMT
    BMT

«Peqasus» sionist casusluq proqramının son rüsvayçılığına işarə edən BMT ekspertləri dünyada casusluq proqramlarının satışının dayandırılmasını istəyiblər.

SəhərAzəri-nin məlumatına əsasən, BMT ekspertləri bir bəyanatda belə qeyd ediblər: Bu kimi proqramlar ilə rəftar üzrə qanunların hazırlanıb, qəbul olunacağı zamanadək insan hüquqlarının pozulmadığına əmin olmaq üçün belə casusluq proqramlarının satışı dayandırılmalıdır.

Ötən ay on yeddi media təşkilatı sionist rejimə aid olan «Peqasus» casusluq proqramından istifadə barədə beynəlxalq təhqiqatların aparılmasından xəbər verdi və bildirdi ki, bəzi ölkələr bu proqramdan bəzi iri şirkətlər, siyasi rəsmilər və jurnalistlərdən casusluq etmək üçün istifadə ediblər. Casusluq siyahısında yer alan şəxslərdən Pakistanın baş naziri İmran xana və Fransanın prezidenti Emmanuel Makrona işarə etmək olar.

Paris prokurorluğu bu barədə bildirib ki, siyasətçilərin, insan haqları fəallarının və jurnalistlərin hədəfə alınmaları üçün «Peqasus» casusluq proqramından şübhəli istifadəni araşdırmaqdadır.

Bundan öncə «Peqasus» casusluq proqramının hədəfinə çevrilən yeddi ölkədən onlarla müxbir və jurnalist bu pis məqsədli proqramı işləyib hazırlayan «NSU» sionist şirkətindən sərhədsiz jurnalistlər təşkilatına şikayət edib.

 

Teqlər