Kanadada vaksinasiyanın icbari olmasına etiraz
Səhiyyə pasportunun icbari olmasına etirazda minlərlə nəfər Kanadanın Monreal şəhərinin küçələrində aksiya keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, Aksiyaçılar «Azadlıq!» və «Biz laboratoriya siçanı deyilik!» şüarları veriblər.
Aksiyaçılar ailəvi formada bu dinc nümayişdə iştirak ediblər.
İnsanlar arasında, üzərlərində «Diktator!», «Vaksin fırıldaqçılığı!» və «Səhiyyə aparteid!» şüarları yazılmış plakatlar diqqət çəkib.
Kvebek rəsmiləri bir neçə gün bundan öncə bildiriblər ki, bu əyalətin sakinləri sentyabrın birindən etibarən, restoran və kafelərə daxil olmaq, idman zallarında və hətta festivallarda iştirak etmək üçün vaksinasiya sənədləri təqdim etməlidirlər.
Kanadanın Kvebek əyalətində əhalinin səksən dörd faizi vaksinin birinci dozasını vurdurub, yetmiş faiz isə tam şəkildə peyvəndlənibdir.