Yaponiyada "Moderna" peyvəndi vurulan 2 nəfər ölüb
https://azeri.sahartv.ir/news/dünya-i380533-yaponiyada_moderna_peyvəndi_vurulan_2_nəfər_ölüb
Yaponiya hökuməti, koronavirusa qarşı "Moderna" peyvəndinin ikinci dozasını aldıqdan sonra iki nəfərin öldüyünü bildiriB.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2021 11:33 Asia/Baku
  • Yaponiyada

Yaponiya hökuməti, koronavirusa qarşı "Moderna" peyvəndinin ikinci dozasını aldıqdan sonra iki nəfərin öldüyünü bildiriB.

SəhərAzəri-nin verdiyi məlumata görə, bu barədə Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin saytında məlumat yayılıb.  Yaponiya hökuməti koronavirusa qarşı hazırlanan “Moderna” peyvəndindən istifadəni dayandırmışdı. Buna səbəb peyvəndin tərkibində naməlum çirklənmənin tapılması olub.

Yaponiyanın Səhiyyə Nazirliyi onların ölüm səbəbinin araşdırıldığını bildirib. Yaponiya rəsmiləri bu yaxınlarda, "Moderna" peyvəndinin bəzi flakonlarının problemli olduğu barədə xəbərlərin yayılmasından bir həftə sonra 1,6 milyon dozadan çox Moderna koronavirus peyvəndinin vurulmasını dayandırdıqlarını açıqlayıblar.

Moderna şirkəti koronavirus peyvəndinin bəzi flakonlarının içərisində xarici hissəciklərin olduğunu təsdiqləyib.