Sen 02, 2021 18:10 Asia/Baku
  • ABŞ-ın hərbi hegemonluğu məqsədlərə çatmadı

“The New York Times” qəzetinin siyasi şərhçisi Ceremi Suri düşünür ki, tarix Koreya, Vyetnam, İraq və Əfqanıstanda ardıcıl uğursuzluqlarla göstərdi ki, böyük resurslar tələb edən hərbi hegemonluq arzulanan məqsədlərə çatmaq üçün heç də əlverişli olmadı.

 SəhərAzəri-nin verdiyi məlumata görə,Ostindəki Texas Universitetinin tarixçisi Ceremi Suri “The New York Times” üçün yazdığı məqalədə bildirir:“Amerika Birləşmiş Ştatları tarixinin çox hissəsində dinc dövr üçün kiçik ordusu olan böyük ölkə olmuşdur. Ancaq bu vəziyyət ikinci dünya müharibəsi ilə əbədi olaraq dəyişdirildi. Sonra Amerika liderləri “yeni qlobal öhdəliyin” nüvə arsenalına malik güclü ordu və dünyanın hər yerində hərbi bazalar şəbəkəsi tələb etdiyinə qərar verdilər”.

“Onlar böyük hərbi potensialın yeni dünya müharibəsinin qarşısını alacağına, rəqibləri qorxudacağına və xarici dövlətləri istədiyimizi etməyə sövq edəcəyinə ümid edirdilər” - deyə izah edən Suri buna baxmayaraq, “hərbi hökmranlığın” arzuolunan üstünlüyü vermədiyini iddia edir: “Amerikanın 20 illik səyindən və milyardlarla dollar xərcləməsindən sonra Əfqanıstanda dəstəklədiyi hökumətin süqutu uzun uğursuzluq tarixinin ən son nümunəsi oldu”.

Tarixçiyə görə, Əfqanıstandakı müharibə uğursuz müdaxilədən daha artıqdır və qlobal hərbi üstünlüyün Amerika maraqları üçün heç də məhsuldar olmadığını göstərdi. “Bu hərbi hegemonluq qələbədən daha çox məğlubiyyətlə nəticələndi, ölkədə və xaricdə demokratik dəyərlərə xələl gətirdi”, -  deyə Suri düşünür.

 “Vyetnam hadisəsində “ən yaxşı və ən ağıllı” mütəxəssislər prezident Lindon Consonu ABŞ ordusunun müqavimət dəstələrini darmadağın edəcəyinə və anti-kommunist qüvvələrə dəstək verəcəyinə inandırdılar. Əslində ABŞ-ın hərbi müdaxiləsi rəqiblərin populyarlığını gücləndirdi və Cənubi Vyetnamın Amerikadan asılılığını artırdı. Beləliklə, 1975-ci ildə Şimali Vyetnamın hücumundan sonra Amerikanın təlim keçdiyi müttəfiq qüvvələr məğlub oldu – bu, indi Əfqanıstanda baş verənlərə çox bənzəyir”, - deyə Suri iddia bildirib.

Amerika liderləri orduya güvənməyə alışmışlar, çünki güclüdür və onu səfərbər etmək asandır. Surinin fikrincə, bu qədər güclü hərbi qüvvəyə sahib olma təhlükəsi burada gizlənir: “ABŞ-ın illik hərbi büdcəsi ağlasığmaz 700 milyard dollara çatıb və daha bu pullar çox güman ki, faydalı qurumların inkişafına yox, təyinatı üzrə istifadə ediləcək. Bu o deməkdir ki, məsələn, kimsə xaricdə idarəçi kadrlar hazırlamaq üçün qeyri-hərbi ixtisasa ehtiyac duyduqda ordu yenə də işə qarışacaq, çünki digər agentliklərin eyni resursları yoxdur. Ordu Konqresdən daha çox maliyyə almaq üçün təsirindən istifadə etdiyinə görə problem daha da pisləşir”.

Evdə ordunun genişlənməsi Amerika cəmiyyətini daha çox hərbiləşdirir. Bəzi keçmiş əsgərlər son on ildə sayı artan ekstremist qruplara qoşulur.

Tarixçi  hərbi təşkilatların həddindən artıq çoxalması və tez-tez ondan sui-istifadə olunduğuna diqqət çəkib.

“Ordunun edə bilməyəcəyi mövzusunda dürüst olmalıyıq. Vəsaitlərimizi ölkəmizi həqiqətən daha güclü, daha firavan və daha təhlükəsiz edəcək digər təşkilat və agentliklərin inkişafına sərf etməliyik. Ölkəmiz əvvəlki vəziyyətinə qayıtsa, bizim üçün daha yaxşı olar – Amerika dinc dövrdə kiçik ordu ilə böyükdür”,  - deyə Suri fikrini yekunlaşdırır.

Teqlər