Sen 07, 2021 08:18 Asia/Baku
  • Pəncşirdə Talibanın mövqelərinə hava zərbələri endirilib

Taliban Hərəkatının sözçüsü müharibənin bütün ölkədə bitdiyini elan etsə də, Pəncşirdə şiddətli döyüşlərin getdiyi və naməlum hərbi təyyarələr tərəfindən Talibanın mövqelərinə qarşı hava zərbələrinin endirildiyi xəbər verilir.

SəhərAzəri-nin verdiyi məlumata görə, hərbi təyyarələrin hansı ölkəyə aid olduğu məlum deyil, bəzi qaynaqlar isə onların Tacikistan və ya Özbəkistandan qalxdığını istisna etmirlər.

Qeyd edək ki, Əfqanıstan ordusu Talibanın qarşısında geri çəkilərkən, hərbi texnika; o cümlədən də helikopter və təyyarələrdən bir hissəsini qonşu ölkəyə köçürübdür.

Pəncşirdən daxil olan məlumata görə isə, döyüşlər bir neçə müqavimət komandirinin Pakistanın hava hücumları nəticəsində öldürülməsindən sonra daha da şiddətlənib. Taliban qələbə çaldığını iddia etsə də, yerli döyüşçülərin bəzi rayonları taliblərdən geri aldıqları barədə məlumat var.

Pəncşir valisinin müavini Kəbir Vasiq bildirib ki, hazırda Pəncşir və Əndərabda şiddətli döyüşlər gedir və anti-Taliban qüvvələri düşməni geri oturdub. 

 

Teqlər