Sen 11, 2021 13:35 Asia/Baku
  •  İttifaq dövlətinin bütün inteqrasiya proqramları razılaşdırılıb

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında dünən keçirilən strateji danışıqlar başa çatıb. Danışıqlar təqribən üç saat yarım davam edib.

SəhərAzəri-nin «Kommersant» qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti danışıqlardan sonra belaruslu həmkarı ilə Moskvada keçirilən birgə mətubat konfransında ittifaq dövləti çərçivəsində inteqrasiya barədə bütün 28 ittifaq proqramının razılaşdırıldığını bildirib.

"Bu gün məmnuniyyətlə qeyd etmək istərdim ki, bütün 28 proqram razılaşdırılıb",- deyə, Putin danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Rusiya prezidentinin sözlərinə görə, proqram "iki ölkənin təsərrüfat subyektlərinin fəaliyyət şəraitinin bərabərləşdirilməsi, vahid maliyyə və enerji bazarları və nəqliyyat məkanının qurulması, ümumi sənaye və kənd təsərrüfatı siyasətinin formalaşdırılması və həyata keçirilməsi"nın qanunvericiliyə uyğunlaşdırılmasına yönəlib.

Vladimir Putin bildirib ki, proqramlar bu gün, sentyabrın 10-da təsdiq olunacaq, bundan sonra məsələ ittifaq dövlətinin ali dövlət şurasının müzakirəsinə çıxarılacaq. Şuranın iclası ilin sonuna qədər keçirilməlidir.

Rusiya və Belarus dolayı vergilərin ödənilməsinin ümumi prinsipləri haqqında müqavilə imzalamaq niyyətindədirlər, deyə Putin bildirib. İttifaq dövləti çərçivəsində dolayı vergilərin inzibatlaşdırılmasının inteqrasiya olunmuş sisteminin tətbiqi planlaşdırılır.

"Perspektivdə vahid pul-kredit siyasətinin formalaşdırılması, valyuta tənzimlənməsinin həyata keçirilməsi, milli ödəniş sistemlərinin inteqrasiyası və ümumi ödəniş məkanının yaradılmasının ümumi istiqamətləri müəyyən edilib",- deyə Rusiya prezidenti qeyd edib.

2022 ildə Belarus üçün qazın qiyməti 2021 il səviyyəsində qalacaq. 1 dekabr 2023-cü ildə "vahid qaz bazarının yaradılması haqqında sənəd imzalanacaq". Vahid neft, neft məhsulları və elektrik enerjisi bazarlarının yaradılması da mümkündür.

"Ümid edirik ki, hər iki ölkənin sadə vətəndaşları inteqrasiyadan əhəmiyyətli faydanı hiss edəcəklər. Rusiyalılara və belaruslara iqtisadi və sosial sahələrdə bərabər hüquq və imkanlar təmin ediləcək",- deyə Putin bildirib.

Belarus prezidenti Aleksandr Lukaşenko da mətbuat konfransında deyib ki, iki ölkə hökuməti "çox böyük işlər görüb".

"Biz bu gün cənab Putinlə bizə aid olan prinsipial qərarlar qəbul etdik,- deyə Belarus prezidenti bildirib.

Lukaşenko hesab edir ki, inteqrasiya proqramlarında iki ölkənin sakinləri üçün heç bir pis şey yoxdur.

Dünən öncə Rusiya baş naziri Mixail Mişustin və ittifaq dövlətinin dövlət katibi Dmitri Mezentsev ittifaq dövlətinin Nazirlər Şurasının inteqrasiya proqramları ilə bağlı iclasına hazırlıq məsələlərini müzakirə ediblər. Gözlənilir ki, bu gün, sentyabrın 10-da keçiriləcək iclasda bu məsələ ilə bağlı ali dövlət şurasının fərman layihəsi qəbul ediləcək.

Teqlər