Pentaqon Şimali Koreyanın raket sınağıdan narahatlıq ifadə edib
ABŞ Müdafiə Nazirliyi Şimali Koreyanın yeni raket sınağını qonşuları üçün bir təhdid adlandıraraq, Vaşinqtonun Pxenyan qarşısında müttəfiqlərini qorumağa öhdəlikli olduğunu iddia edib.
SəhərAzəri-nin məlumatına əsasən, təxminən altı ay fasilədən sonra Şimali Koreyanın yeni raket sınağı, Pentaqonun reaksiyası ilə üzləşib.
ABŞ Ordusunun Hindistan-Sakit Okean Komandanlığı bir bəyanat yayaraq, Şimali Koreyanın raket sınaqlarının qonşu ölkələr və ondan kənardakı ölkələr üçün təhdid hesab olduğunu bildirib.
Bəyanatın davamında deyilir: "ABŞ vəziyyəti yaxından izləməyə və müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşməyə davam edir."
Məlumata əsasən, ABŞ Ordusunun Hindistan-Sakit Okean Komandanlığı, hansı ki, guya Əfqanıstandan rüsvayçı qaçışlarını və müttəfiqləri olan bu ölkə hökumətini yalnız buraxdıqlarını unudub, iddia edib ki, Birləşmiş Ştatlar Şimali Koreyanın təhdidləri qarşısında Cənubi Koreya və Yaponiyanı müdafiə atməyə dair öhdəliyini bir daha vurğulayır.