Güclü "Nikolas" qasırğası Texas ştatına çatdı
https://azeri.sahartv.ir/news/dünya-i381106-güclü_nikolas_qasırğası_texas_ştatına_çatdı
Birləşmiş Ştatlarda silsilə dağıdıcı qasırğaların davamında güclü Nikolas qasırğası da ABŞ-a çatıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 15, 2021 12:24 Asia/Baku
  • Güclü

Birləşmiş Ştatlarda silsilə dağıdıcı qasırğaların davamında güclü Nikolas qasırğası da ABŞ-a çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, Texas ştatı bu yeni qasırğanın əsas episentrinə çevrilib. 

Meteoroloqlar bu qeyri-sabit hava şəraitinin davam etməsi ilə bağlı insanlara xəbərdarlıq ediblər.

Yağışların şiddəti o qədər çoxdur ki, Texas ştatında və ABŞ-ın bəzi digər bölgələrində daşqınlara səbəb olub.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden yaxınlaşan tropik fırtına səbəbilə Luiziana ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı.