Sen 15, 2021 19:03 Asia/Baku
  • Nikolas qasırğası Texas ştatında 186 mindən çox evi işıqsız qoyub

Texas ştatının sahilləri tropik Nikolas qasırğasının hücumuna məruz qaldıqdan sonra 186 mindən çox ev və müəssisənin işığı kəsilib.

SəhərAzəri-nin məlumatına əsasən, hazırda birinci kateqoriyalı Nikolas qasırğasının episentri Texas ştatıdır. 

Yağışların şiddəti o qədər çoxdur ki, Texas ştatında və ABŞ-ın bəzi digər bölgələrində daşqınlara səbəb olub.

"PowerOutage.US" portalının məlumatına görə, Texasda 500 mindən çox elektrik kəsilməsi qeydə alınıb.  

Nikolas fırtınası, bütün Amerikanı öz dağıdıcı təsiri altına almış beşinci kateqoriyalı "İda" fırtınasından təkcə bir neçə həftə sonra baş verir.

İda qasırğası onlarla insanın ölümünə və bir milyondan çox Luiziana sakininin işıqsız qalmasına səbəb olmuşdu.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden qasırğa ilə əlaqədar Luiziana ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı.

Teqlər