Sen 17, 2021 19:03 Asia/Baku
  • Rusiya Duma
    Rusiya Duma

Rusiyada Duma, on iki muxtar respublikanın və vilayətin başçısı, vilayət, şəhər və kənd şuralarının nümayəndələri üzrə vahid seçkilər keçirilir.

SəhərAzəri-nin məlumatına əsasən, Bu gün Moskvada yerli vaxtla səhər saat səkkizdə başlanan Rusiyada vahid seçkilər bu geniş ölkənin Uzaq Şərq bölgəsində bir neçə saat öncədən başlanıb.

Rusiya mərkəzi seçki komissiyasının qərarına əsasən, bu gündən etibarən bazar gününədək səsvermə keçiriləcək, amma bazar günü- sentyabrın 19-u, əsas seçki günüdür.

Bu üç gündə keçiriləcək ən mühüm seçki, Rusiya dumasına keçirilən seçkilərdir.

Rusiya dumasına seçkilər Rusiya ilə/ ABŞ-ın başçılıq etdiyi Qərb arasındakı çəkişmələrin yeni meydanına çevrilibdir.

Belə bir halda, ilk dəfə olaraq ATƏT Rusiya seçkilərinə nəzarət etmir.

 

Teqlər