Sen 19, 2021 15:42 Asia/Baku
  • Fransada etiraz şənbələri
    Fransada etiraz şənbələri

Sağlamlıq pasportları ilə icbari vaksinasiyaya qarşı çıxanlar bir daha Paris küçələrinə çıxıb və bəzi nöqtələrdə bu ölkə polisi ilə toqquşublar.

SəhərAzəri-nin məlumatına əsasən, Parisdə polis qüvvələri ilə sağlamlıq pasportlarına və icbari vaksinasiyaya qarşı çıxanlar arasında toqquşma genişlənib. Polis gözyaşardıcı qazdan istifadəyə üz tutub.

Fransa daxili işlər nazirliyi Parisdə aksiyaçıların sayını altı min nəfər elan edib.

Tibbi xidmətlər sektorunun işçiləri aksiyaçıların böyük bir hissəsini təşkil ediblər.

Cari milad ilinin iyul ayında Fransa prezidenti Emmanuel Makron COVID-19 xəstəliyini nəzarətə almaq üçün bu ölkədə müəyyən qanunlar tətbiq etdi. Bu qanunlardan biri, sağlamlıq pasportundan istifadə olub. Yəni insanlar əllərində neqativ PCR testinə malik olmaqla ictimai məkanlarda görünə bilərlər.

Belə bir qərar Fransa cəmiyyətində böyük qarışıqlıq yaradıbdır.

 

Teqlər