Sen 21, 2021 11:28 Asia/Baku
  • Dumaya keçirilən seçkilərdə Putinin partiyası birincidir

Rusiyada seçicilər parlamentin aşağı palatası olan Dövlət Dumasına 450 deputatı 5 illik müddətə seçmək üçün səs verdilər.

SəhərAzəri-nin məlumatına əsasən, səslərin 99,69% sayılıb. Buna əsasən Rusiya Prezidenti Vladimir Putinin Vahid Rusiya Partiyası səslərin 49,85% alıb.  

Bu paylamaya görə, Vahid Rusiya Partiyası Dumada 315 yer qazanır.   Ölkədə tək hökumət qurmaq üçün 300 kifayətdir.

İkinci yerdə isə Rusiya Kommunist Partiyası qərarlaşıb. O, təxminən 18,96% səs toplayıb.

Onu da qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyası 7,69%, “Ədalətli Rusiya” Partiyası 7,43%, “Yeni İnsanlar” Partiyası isə 5,55% səs toplamağı bacarıb.

 

Teqlər