Tramp qardaşı qızından şikayət edib
https://azeri.sahartv.ir/news/dünya-i381355-tramp_qardaşı_qızından_şikayət_edib
ABŞ-ın sabiq prezidenti onun vergi keçmişini mediyaya çıxardıqlarına görə, Nyu-York Tayms qəzetindən, üç jurnalistdən və qardaşı qızından şikayət edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 22, 2021 15:08 Asia/Baku
  • Tramp
    Tramp

ABŞ-ın sabiq prezidenti onun vergi keçmişini mediyaya çıxardıqlarına görə, Nyu-York Tayms qəzetindən, üç jurnalistdən və qardaşı qızından şikayət edib.

SəhərAzəri-nin məlumatına əsasən, Nyu-York Tayms qəzetindən, üç jurnalistdən, o sıradan Devid Barstou, Suzan Kreyq və Ros Buttnerdən, eləcə də qardaşı qızı Meri Trampdan şikayət edən Donald Tramp iddia edib ki, onlar onun özəl vergi keçmişini əldə etmək üçün hiyləgərcəsinə bir fitnəkarlıq ediblər.

ABŞ-ın sabiq prezidentinin iddiasına görə, Nyu-York Tayms qəzeti sənədləri öz vəkillik ofisindən oğurlayıb, qəzetə təhvil verməsi üçün Meri Trampı qane edibdir.

Amerikanın sabiq prezidenti Nyu-York Tayms qəzeti ilə Meri Trampı 2018-ci ildə, fırıldaqçılıq da daxil olmaqla şübhəli vergi planlarında iştiraka dair iddiaların irəli sürüldüyü bir məqaləni yaymaqda ittiham edib.