Sen 22, 2021 18:43 Asia/Baku
  • BMT
    BMT

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri bildiriblər ki, Amerika, Fransa, Almaniya və İngiltərə dövlət başçılarının çərşənbə günü BMT qərargahında keçirilməli olan görüşü baş tutmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, «Hil» nəşri bir reportajda bildirib ki, ABŞ rəsmiləri proqramlaşdırma ilə bağlı problemləri qeyd olunan görüşün ləğv olunmasının səbəbi kimi qələmə veriblər.

Amerika Dövlət Departamentinin yüksək vəzifəli rəsmilərindən biri isə deyib ki; məncə, nazirlər səviyyəsindəki proqramlar bu iclasın keçirilməsinə mane olub, amma bu ölkələrin rəsmilərindən bir çoxu başqa formalarda bir-birilərilə görüşməlidir.

ABŞ Dövlət Departamenti Amerika ilə Fransa arasındakı son qeyri-adi diplomatik ixtilafların bu iclasın ləğv edilməsinin səbəbi olub-olmadığına aydınlıq gətirməyib.

 

Teqlər