Sen 26, 2021 00:22 Asia/Baku
  • Katolik kilsəsi Kanadanın yerli əhalisindən üzr istəyib

Katolik Kilsəsi, kilsənin idarə etdiyi internat məktəblərində, bir əsrlik sui-istifadə, soyqırım və insan haqları pozuntularına görə yerli Kanadalılardan açıq şəkildə üzr istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, katolik kilsəsi bir bəyanat yayaraq, barışığa tam sadiq olduğunu bəyan edərək, deyib: "Biz Kanadanın Katolik yepiskopları, dərin peşmanlığımızı bildirir və bir mənalı olaraq, üzr istəyirik.

Bəyanatda deyilir: "Bir çox katolik dini icmaları və yeparxiyaları bu sistemdə iştirak ediblər, hansı ki, yerlilərin dilinin, mədəniyyətinin və mənəviyyatının boğulmasına və yerli xalqların zəngin tarixinə, adət -ənənələrinə və müdrikliyinə hörmətsizliyə səbəb oldu. 

Bu üzrxahlıq o zaman edilib ki,  Kanadanın üç bölgəsində yerli uşaqlarının yaşadığı internat məktəblərində təxminən min 200 naməlum qəbr aşkar edilib.

Teqlər