İran-Ərəbistan danışıqları çox mühümdür
https://azeri.sahartv.ir/news/dünya-i381886-İran_Ərəbistan_danışıqları_çox_mühümdür
BMT baş katibinin sözçüsü Stefan Ducarrik İran ilə Ərəbistan arasındakı danışıqları çox mühüm adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2021 13:04 Asia/Baku
  • ,Ducarrik
    ,Ducarrik

BMT baş katibinin sözçüsü Stefan Ducarrik İran ilə Ərəbistan arasındakı danışıqları çox mühüm adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən,Ducarrik belə söyləyib: İran ilə Ərəbistan arasındakı məşvərətlər son dərəcə mühüm və sədaqətlə desək, regionun təhlükəsizliyi üçün həyati əhəmiyyətə malikdir.

Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan Tehran-Ərriyad danışıqlarını təsdiq və ümidvarlıq etmişdi ki, danışlıqlar zamanı qarşılıqlı problemlər həll ediləcək.

İran xarici işlər nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, Ərəbistanla danışıqlar özünün ən yaxşı vəziyyətində davam edir.

Bir həftə bundan öncə keçirilən bu görüş İranda yeni dövlətin hakimiyyətə gəlməsindən sonra İran və Ərəbistan nümayəndələri arasında təşkil edilən ilk görüşdür.

İraq son zamanlar İran və Ərəbistan arasındakı gərginliklərin aradan qaldırılması üzrə danışıqlarda vasitəçi rolunu oynayıbdır.