Okt 14, 2021 14:53 Asia/Baku
  • R.Mali
    R.Mali

Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi etiraf edib ki, Tehran Amerikanın çıxışından öncəyədək nüvə anlaşmasındakı öhdəliklərinə əməl edirdi.

SəhərAzəri-nin məlumatına əsasən, Amerikan «Karnegi» araşdırma mərkəzində çıxış edən Robert Mali bildirib ki, əgər Amerikanın qabaqkı hökuməti nüvə anlaşmasından çıxmasaydı, biz bu nöqtədə olmazdıq.

ABŞ dövlət departamentinin bu baş rəsmisi belə iddia edib: Bayden hökuməti bir təklif irəli sürdü və əgər İran müzakirəyə girsəydi və anlaşmaya çatsaydıq, nüvə anlşması ilə təzadda olan və ya onunla uyuşmayan bütün sanksiyalar sürətlə ləğv olunardı. Beləliklə bu, etimadyaratma cəhətdən Bayden hökumətinin ata biləcəyi ən mühüm addım idi.

Baydenin demokrat hökuməti Amerikanın sabiq prezidenti Donald Trampın nüvə anlaşmasından çıxmasının tənqidçilərindən biridir, amma altı mərhələdə Vyana müzakirələrinin keçirilməsinə və ölkəsi tərəfindən nüvə anlaşmasınn pozulmasına rəğmən, indiyədək öz öhdəliklərinə geri dönmək istiqamətində ciddi bir addım atmayıbdır.

 

Teqlər