Okt 16, 2021 14:09 Asia/Baku
  • Rusiyada siyahıyaalma keçirilir

Rusiya əhalisi ildə 500 min ilə 1 milyon arasında azaldığı və bu məsələnin Kremlin böyük narahatlığına səbəb olduğu bir halda, Rusiyada əhalinin siyahıyaalınması prosesinə start verilib.

SəhərAzəri-nin məlumatına əsasən, bu, Sovet İttifaqının dağılmasından sonra müasir dövrdə Rusiyada keçirilən sayca üçüncü siyahıyaalmadır. Proses oktyabrın 15-dən başlayıb və noyabrın 14-dək davam edəcək. 

Rusiyada 2002 və 2010-cu illərdə keçirilən əvvəlki siyahiyaalma prosesindən fərqli olaraq, bu dəfə qabaqcıl texnologiyalardan istifadə ediləcək. 

Rusiya əhalisi 1991-ci ildə Sovet İttifaqının dağılması ərəfəsindəki 148 milyon nəfərdən, hazırda ölüm, abort və iqtisadi gərginliklər səbəbindən 146 milyon nəfərə qədər azalıbdır.

Teqlər