Okt 18, 2021 12:49 Asia/Baku
  •  Vanq Yi və Feysəl Bin Fərhan
    Vanq Yi və Feysəl Bin Fərhan

Çinin xarici işlər naziri Vanq Yi səudiyyəli həmkarı Feysəl Bin Fərhanla baş tutan telefon danışığında, Pekinin İran İslam Respublikasının dinc nüvə proqramına dəstəyinin ədalətli mövqe olduğunu söyləyib.

 SəhərAzəri-nin məlumatına əsasən, Vanq Yi deyib: "Çin həmişə İranın dinc nüvə proqramı ilə bağlı obyektiv və ədalətli mövqe tutub və heç bir şəxsi və ya siyasi mənfəət axtarmayıb".

Çinin Xarici işlər naziri əlavə edib: "Pekin İranın nüvə proqramına güclü dəstək verməklə yanaşı, beynəlxalq sistemin qorunması, habelə Yaxın Şərq və Fars körfəzində təhlükəsizlik və sabitliyin qorunmasının fərqindədir və İranın nüvə fəaliyyətini bu fakta zidd hesab etmir".

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan da bu telefon danışığında deyib: "Ər-Riyad Çinin İranın nüvə məsələsindəki misilsiz rolunu yüksək dəyərləndirir və İranın nüvə anlaşmasının bərpasında və bu problemin hərtərəfli və daimi həllində əhəmiyyətli rol oynayacağını gözləyir".

Çin və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri, həmçinin ikitərəfli əlaqələri daha yüksək və daha dərin bir səviyyəyə qaldırmaq üçün birgə səy göstərməyə razılaşıblar.

Teqlər