Okt 18, 2021 21:05 Asia/Baku
  • General-leytenant Baqeri
    General-leytenant Baqeri

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: "İran ilə Rusiya arasında hərbi və müdafiə sahəsində əlaqələr genişlənir".

SəhərAzəri-nin məlumatına əsasən, Moskvada rəsmi səfərdə olan General-leytenant Baqeri İran İslam Respublikasının Moskvadakı Səfirliyində İran təşkilatlarının mütəxəssisləri və direktorları ilə görüşdə, dünya ölkələri, xüsusilə də Rusiya və digər qonşu ölkələrlə güclü əlaqələr qurmaq üçün bir yol xəritəsinə ehtiyac olduğunu vurğulayıb.

O, əlavə edib: "Rusiya ilə hərbi və müdafiə sahəsində əməkdaşlıq üçün mövcud potensialları nəzərə alaraq, bu sahələrdə əlaqələr və əməkdaşlıq artırılacaq".

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rusiyadan döyüş təyyarələri, təlim təyyarələri və döyüş vertolyotlarının alınmasına dair  əldə edilən müqavilələrə toxunaraq, deyib: "Bu müqavilələr İrana qarşı silah embarqosunun ləğv edilməsindən sonra bağlanıb və bu səfərdə onların həyata keçirilməsi müzakirə ediləcək".

General-leytenant Baqeri İran İslam Respublikasının müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərə toxunaraq, belə deyib: "Necə ki, Silahlı qüvvələr sanksiyalar şəraitində uğur qazana və ehtiyac duyduqları silah növlərini, hərbi və müdafiə texnikalarını istehsal edə bildilər, ölkənin digər bölgələri də həmin yanaşma ilə irəliləməli və elə düşünməlidirlər ki, sanki sanksiyalar heç vaxt aradan qaldırılmayacaq". 

Son beş ildə İranla Rusiya arasında hərbi və müdafiə sahələrində əlaqələrin əhəmiyyətli inkişafına toxunan İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi dost ölkələr arasında əlaqələr və münasibətlər nə qədər artarsa, mənfi zehniyyətlərin bir o, qədər yox olacağını söyləyib. 

Teqlər