Okt 22, 2021 15:40 Asia/Baku
  • Amerika raket
    Amerika raket

Pentaqon texniki nasazlıq ucbatından bir hipersonik raketin sınaq tədbirini təxirə salıb.

SəhərAzəri-nin məlumatına əsasən, Röyters informasiya agentliyi məlumatlı şəxslərə istinadla bildirib ki, Pentaqon-un bu proqramının dayandırılmasına səbəb, hipersonik silahı daşıyacaq raketin yerdən qalxarkən uğursuzluğa düçar olması olubdur.

Röyters qeyd edib ki, Pentaqon-un bu sınağında həmin raketlərlə bağlı inkişaf etdirilməkdə olan istiqamətləndirmə aparatlarının müxtəlif cəhətləri təsdiq edilməli idi.

Çərşənbə günü Amerika ordusu və bu ölkənin dəniz qüvvələri hipersonik raketlərin ilkin nümunələri üzrə iki sınaq keçiriblər. Pentaqon-un bildirdiyinə görə, həmin sınaqlar uğurlu olubdur.

Digər tərəfdən, Çin tərəfindən hipersonik raketin sınağı barədə məlumatın yayılmasından və onun Çin xarici işlər nazirliyinin sözçüsü tərəfindən təkzib olunmasından sonra «Financional Times» qəzeti Pekin tərəfindən yayda başqa bir oxşar sınağın keçirilməsindən xəbər verdi.

 

Teqlər