Londonlular Nyukasl-ın ərəbistanlı mülkiyyətini lağa qoyublar
https://azeri.sahartv.ir/news/dünya-i382434-londonlular_nyukasl_ın_ərəbistanlı_mülkiyyətini_lağa_qoyublar
Kristal Palas-Nyukasl görüşü zamanı londonlu klubun azarkeşləri rəqib komandanın ərəbistanlı mülkiyyətini lağa qoyublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2021 11:21 Asia/Baku
  • Kristal Palas-Nyukasl
    Kristal Palas-Nyukasl

Kristal Palas-Nyukasl görüşü zamanı londonlu klubun azarkeşləri rəqib komandanın ərəbistanlı mülkiyyətini lağa qoyublar.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə premyer liqasının doqquzuncu həftəsi çərçivəsində "Nyukasl Yunayted" futbol klubu Kristal Palas-la görüşüb. Əllərində banner tutan londonlu azarkeşlər rəqib komandanın ərəbistanlı mülkiyyətini kəskin tərzdə tənqid ediblər.

«Kristal Palas»ın azarkeşləri əlində qılınc tutan Bin Salmanın karikaturası çəkilmiş banneri stadionda dalğalandırıb və ona terrorçu, insan haqlarının əleyhdarı, müxaliflərin cəlladı, senzuraçı, qatil və «işgəncə verən» ləqəbləri veriblər.

Bu karikaturada İngiltərə premyer liqasının icraçı direktoru Riçard Mastersin şəkli də olub. Azarkeşlər onu da tənqid atəşinə tutublar.

«Kristal Palas»ın azarkeşləri bu qənaətdədirlər ki, İngiltərə premyer liqasının başçısı pula görə, Bin Salmanın bütün olaylarının üzərindən xətt çəkib və qan üzərində dayanıbdır.