Konqresmenlər Türkiyəyə F-16 satılmasına qarşıdırlar
https://azeri.sahartv.ir/news/dünya-i382530-konqresmenlər_türkiyəyə_f_16_satılmasına_qarşıdırlar
ABŞ-ın bir qrup demokrat və respublikaçı konqresmeni bu ölkə prezidenti Co Baydeni Türkiyəyə F-16 qırıcıları satmamağa çağırıb. Onlar Konqresin belə bir ixracı bloklayacağını əminliklə dilə gətiriblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 27, 2021 10:36 Asia/Baku
  • F-16
    F-16

ABŞ-ın bir qrup demokrat və respublikaçı konqresmeni bu ölkə prezidenti Co Baydeni Türkiyəyə F-16 qırıcıları satmamağa çağırıb. Onlar Konqresin belə bir ixracı bloklayacağını əminliklə dilə gətiriblər.

SəhərAzəri-nin "Röyters"ə istinadən məlumatına görə, Nümayəndələr Palatasının 11 üzvü Baydenə və ABŞ Dövlət Katibi Entoni Blinkenə göndərdiyi məktubda, Türkiyəyə 40 ədəd yeni "F-16" və 80 ədəd modernizasiya dəsti satıla biləcəyi ilə bağlı son xəbərlərdən dərin narahatlıq hissi ifadə edib.

Məlumata əsasən, konqresmenlərin məktubunda deyilir: "Bu planlar həyata keçərsə, Konqresin belə bir ixracın qarşısını alacağından əminik, amma Birləşmiş Ştatlar indiki məqamda Türkiyə hökumətinə istənilən qabaqcıl hərbi avadanlığı sata bilməz".

ABŞ konqresmenlərin müxalifəti ilə bağlı xəbərlər elə bir halda yayılıb ki, bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar ölkəsinin ABŞ-dan F-16 qırıcıları almağa başladığını açıqlamışdı.