Zaxarova Almaniya və Fransanı Kiyevin Moskvaya hədələrinə qiymət verməyə çağırıb
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Kiyev rəsmilərinin ritorikaları qarşısında Berlin və Parisin biganəliyini kəskin tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: "Biz Normandiya formatında yeni görüşlərin keçirilməsini müdafiə edən Almaniya və Fransa hakimiyyətini Ukrayna siyasətçilərinin Rusiyaya qarşı birbaşa təhdidlərinin danışıqlarda irəliləyişə necə töhfə verdiyini qiymətləndirməyə çağırırıq".
Rusiyalı diplomat qeyd edib ki, Avropa Kiyevdə Minsk razılaşmalarının sabotajına məhəl qoymur və indi Ukrayna hakimiyyəti Rusiyanı açıq şəkildə hədələyir.
O, həmçinin Ukrayna vətəndaşlarına müraciət edərək, onları Kiyev siyasətçilərinin ağzından çıxan militarist xarakterli aqressiv bəyanatların hara apara biləcəyi barədə düşünməyə çağırıb.
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri və Donbass üzrə üçtərəfli təmas qrupunda Kiyev nümayəndə heyətinin mətbuat katibi Aleksey Aretoviç Kiyevin gələcəkdə Moskvaya "paritet" kimi raketlər ata biləcəyini söyləyib.