Noy 01, 2021 11:40 Asia/Baku
  • MKİ
    MKİ

Cənubi Koreyanın hüquqi mənbələri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ-nin keçən ilə qədər Seulda gizli bir ofisi idarə edərək, Cənubi Koreyadan casusluq etdiyini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, ofisin mövcudluğu üç keçmiş koreyalı işçinin ABŞ hökumətini qanunsuz olaraq işdən çıxarmaq üçün məhkəməyə verməsindən sonra aşkar edilib.

Bu üç işçi ofis tərəfindən işə götürülübmüş. Ofis 2005-2009-cu illərdə MKİ-nin "Açıq Mənbə" proqramı çərçivəsində fəaliyyət göstərib və 2020-ci ildə üç yerli işçini işdən çıxarıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin Cənubi Koreyadan casusluğu ABŞ-ın müttəfiqləri üzərində casusluğunu nümayiş etdirən ən son utancverici hadisədir.

Bu yay Avrpa mediaları, ABŞ-ın Danimarkanın gizli kəşfiyyat xidmətindən Almaniya kansleri Angela Merkel da daxil olmaqla yüksək rütbəli Avropa rəsmilərindən casusluq etmək üçün istifadə etdiyini açıqladılar. 

Fransa prezidenti Emmanuel Makron Vaşinqton və Kopenhagendən izahat tələb edərək, müttəfiqlərdən və avropalı tərəfdaşlardan casusluq etməyin qəbuledilməz olduğunu söylədi.

Ağ Ev bu məsələni müttəfiqlərlə "müvafiq" milli təhlükəsizlik kanalları vasitəsilə həll edəcəyinə söz verdi. 

ABŞ Milli Təhlükəsizlik Agentliyinin avropalı siyasətçilərdən casusluq etməsi ilk dəfə 2013-cü ildə Edvard Snouden tərəfindən ifşa olundu. Snouden bir sıra sənədlər yayaraq, ABŞ Milli Təhlükəsizlik Agentliyinin illərlə Avropa liderlərinin hətta mobil telefonlarını da dinlədiyini açıqlamışdı.

 

Teqlər