Amerikanların İran tankerini oğurlamaqdakı nakamlığı rezonans doğurub
-
oğurlama
Amerikanın hərbi və terrorçu qüvvələrinin Oman dənizində İran tankerini oğurlamaq üzrə uğursuz cəhdi Türkiyənin yazılı və təsvirli medialarında geniş əks-səda doğurub.
SəhərAzəri-nin məlumatına əsasən, «Xəbər türk» informasiya kanalı öz vebsaytında yazıb ki, Amerika Oman dənizində bir İran tankerini ələ keçirməyə çalışdı, lakin bu cəhd məğlubiyyətə düçar oldu.
Türrkiyənin milli TRT telekanalı da bir amerikalı mənbəyə istinadla belə qeyd edib: Ötən həftə gördük ki, İran İslam Respublikasının Sepah qüvvələri beynəlxalq sularda bir tankerə daxil oldu və onu öz sularının içərilərinə apardılar.
Anadolu informasiya agentliyi isə bu titri öz səhifəsində iri hərflərlə yazıb: Amerikanın Oman dənizində İran tankerini saxlamaq üzrə hərəkəti uğursuzluqla üzləşdi.
Məsələni geniş şəkildə işıqlandıran Türkiyənin digər informasiya kanalları da belə yazıblar: İranın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın qüvvələri vertolyotla İran neftini daşıyan tankerin göyərtəsinə endilər və tankeri nəzarətləri altına aldıqdan sonra onu öz sahil sularına apardılar.
Sepah-ın dəniz qüvvələrinin/ xəbəri dünən yayılan/ Amerikanın terrorçu ordusunun dəniz qüvvələri ilə qarşıdurma əməliyyatı/ ötən həftə Vyetnam bayrağı altında hərəkət edən «SOTHYS» adlı bir tankeri saxlamaq üçün həyata keçirilib.
Belə ki, ondan qabaq, bir İran tankerini saxlamaqla onun neft yükünü bir Vyetnam tankerinə boşaltmış amerikalı terrorçu qüvvələr onu digər bir səmtə istiqamətləndirmək məqsədi güdürdülər.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin pilotsuz uçuş aparatlarının himayəsilə hava-dəniz, komando və dəniz bölmələri tərəfindən sahilaşırı bölgədə kombinə edilmiş formada həyata keçirilən bu əməliyyatda, amerikalı terrorçular, nəzərəçarpacaq dəniz və hava bölmələri ilə məsələyə qarışmaq və oğurluq yükü daşıyan tankerin saxlanılmasının qarşısını almaq istədilər, lakin Sepah-ın dəniz qüvvələri döyüşçülərinin tədbirləri və qətiyyəti ilə, amerikalı qüvvələr öz nəhs məqsədlərinə nail olmaqda nakam qaldılar.