ABŞ-da bomba həyəcanı; 3 universitet boşaldılıb
https://azeri.sahartv.ir/news/dünya-i382944-abŞ_da_bomba_həyəcanı_3_universitet_boşaldılıb
ABŞ-da üç universitet bomba xəbərdarlığına görə, boşaldılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2021 13:14 Asia/Baku
  • 3 universitet boşaldılıb
    3 universitet boşaldılıb

ABŞ-da üç universitet bomba xəbərdarlığına görə, boşaldılıb.

SəhərAzəri-nin məlumatına əsasən,  ABŞ-ın Nyu-York ştatının "İtaka" şəhərində yerləşən Kornell universiteti polisin bəzi binalarda bomba yerləşdirilməsi ilə bağlı xəbərdarlığından sonra müvəqqəti təxliyə olunub. 

Nyu-York şəhərindəki Kolumbiya universiteti də universitetin ərazilərində bomba qoyulduğu ilə bağlı məlumat aldığını və universitetin iki kampusunun təxliyə edildiyini bildirib. 

Yerli bir xəbər portalının məlumatına əsasən, "Rod-Aylend" ştatında yerləşən "Broun" Universitetində də bomba həyəcanına görə kampuslar boşaldılıb.

Universitetlərin ərazilərinə qoyulduğu iddia edilən bombalarla bağlı məlumatlar Tvitterdə yayılıb.

Hazırda ABŞ təhlükəsizlik qüvvələri bu universitetlərin binalarına baxış keçirir.