Türkiyədə iki sionist yaxalanıb
https://azeri.sahartv.ir/news/dünya-i383036-türkiyədə_iki_sionist_yaxalanıb
Türkiyənin təhlükəsizlik qüvvələri bu ölkədə iki sionisti həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2021 10:48 Asia/Baku
  • Türkiyədə iki sionist yaxalanıb
    Türkiyədə iki sionist yaxalanıb

Türkiyənin təhlükəsizlik qüvvələri bu ölkədə iki sionisti həbs ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Bu xəbəri təsdiqləyən sionist rejim mediaları həmin həbsin səbəblərinə işarə etməyiblər.

Bu iki sionistin həbs edilməsi fonunda qeyd edək ki, Türkiyə kəşfiyyat təşkilatı- MİT-in qüvvələri son zamanlar bu ölkə ərazisində geniş miqyasda fəaliyyət göstərən sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın on beş nəfərlik şəbəkəsini dağıdıb və onun üzvlərini həbs ediblər.

Sionist rejimin bu casusluq şəbəkəsi Türkiyədəki anti-sionist fəallar barədə məlumat toplamaqla məşğul imiş.

MOSSAD-ın bu casusluq şəbəkəsi təqribən bir il nəzarətdə saxlanmışdı.